Biography

Namiq Qaraçuxurlu
Real name: Namiq Qaraçuxurlu
Effective period / Period of releases: 2003 - 2004
Namiq Qaraçuxurlu 8 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.İlk meyxanasını 1993-cü ildə deyən meyxanaçı sonralar müəyyən səbəblərdən bir neçə il sənətinə fasilə vermişdir.
1997-ci ildə Şəhriyar adına mədəniyyət sarayında keçirilən meyxana müsabiqəsində ikinci yer tutub, laureat olmuşdur. Fəaliyyəti ilə o gündən mütəmadi məşğul olan meyxanaçının 1999-cu ildə ilk kaseti işıq üzü görüb.
2001-ci ildə "And içmişdik" adlı albomu çıxandan sonra meyxanaçının və meyxana sənətinin həyatında böyük rol oynayan "Rəvayət" klipi çəkilib. Klipinin təqdimatı bir vaxtlar meyxanaçının laureat olduğu Şəhriyar adına mədəniyyət sarayında konsert şəklində keçirilmişdir. Azərbaycanın müxtəlif bölgələrində konsert verən meyxanaçı 7400 nəfərlik tamaşaçı tutumu olan "Şəfa" stadionunda solo konsert vermişdir. Mütəmadi olaraq Hollandiya, Almaniya, İran və Rusiyanın bir çox şəhərlərində və o cümlədən paytaxt Moskvada konsert vermişdir.
Uzun müddət Aygün Kazımova ilə duet oxumuşdur.